N.Mixalkov: “Qriboyedovun Həyatı və Ölümü" adlı çoxseriyalı filmin bir hissəsi Azərbaycanda çəkiləcək"

N.Mixalkov: “Qriboyedovun Həyatı və Ölümü" adlı çoxseriyalı filmin bir hissəsi Azərbaycanda çəkiləcək"
21:37 4 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ Rus diplomatı, şair və dramaturq Aleksandr Qriboyedov haqqında çoxseriyalı film çəkməyə hazırlaşıram. "Qriboyedovun Həyatı və Ölümü" adlanacaq 19 seriyalı yeni əsərin bir hissəsi isə Azərbaycanda çəkiləcək".
"Report"un məlumatına görə, bunu Rusiya Kinematoqrafçılar İttifaqının sədri və Rusiya Mədəniyyət Fondunun prezidenti, görkəmli kinorejissor, aktyor, ssenarist, Rusiyanın xalq artisti Nikita Mixalkov Heydər Əliyev Sarayında keçirdiyi yaradıcılıq gecəsində bildirib.
Onun sözlərinə görə, Aleksandr Qriboyedovun həyat və yaradıcılığı, diplomatik fəaliyyətinə həsr olunacaq filmin Azərbaycanla bağlı hissəsi üçün texniki vəsait və aktyorlar da Azerbaycandan təmin ediləcək.
Nikita Mixalkov daha əvvəl mətbuata açıqlamasında bildirmişdi ki, Qriboyedov haqqında filmin ssenarisi 1985-ci ildə yazılıb. Lakin Qarabağdakı müharibəyə görə çəkilişlər təxirə salınmışdı.

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/n-mixalkov-qriboyedovun-heyati-ve-olumu-adli-19-seriyali-filmin-bir-hissesi-azerbaycanda-cekilece

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR