Heydər Əliyev Sarayında Nikita Mixalkovun yaradıcılıq gecəsi keçirilib - fotolar

Heydər Əliyev Sarayında Nikita Mixalkovun yaradıcılıq gecəsi keçirilib - fotolar
01:26 5 Dekabr 2015
42 Şou
Ölkə mətbuatı
A- A+

Bakıda, Heydər Əliyev Sarayında tanınmış Rusiya kinorejissoru Nikita Mixalkovun “Doğmalar arasında doğma” adlı yaradıcılıq gecəsi olub.

Axşam.az Azərtac-a istinadən xəbər verir ki, yaradıcılıq gecəsinin adı görkəmli rejissor və aktyorun ən yaxşı ekran əsərlərindən birinə - “Özgələr arasında doğma, doğmalar arasında özgə” filminə bir növ müraciətdir.
 
40 ildən çoxdur ekranlara çıxan bu film hazırda klassika sayılır.

Gecədə rejissor və aktyor kimi çoxsaylı ekran işlərindən söz açan N.Mixalkov valideynləri Natalya Konçalovskaya və Sergey Mixalkov barədə xatirələrini bölüşüb. Sonda “Doğmalar arasında doğma” filmi nümayiş etdirilib. Aktyor, kinorejissor, ssenarist və prodüser 1998-ci ildən Rusiya Kinematoqrafçılar İttifaqının sədri, “Günəşdən usanmışlar” filminə görə “Əcnəbi dildə ən yaxşı film” nominasiyasında “Oskar” mükafatı laureatıdır.

N.Mixalkov Azərbaycan ilə Rusiya arasında mədəni əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan dövlətinin ən yüksək mükafatlarından birinə - “Dostluq” ordeninə layiq görülüb. Nikita Mixalkov bu il artıq ikinci dəfədir ki, Bakıya gəlir.

O, martın 31-də gənc Azərbaycan kinematoqrafçıları üçün ustad dərsi keçirib. Rejissor bu səfərində də ustad dərsi deyib.





Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=41968

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR