AZƏRTAC-ın fotosu Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının mükafatına layiq görülüb

AZƏRTAC-ın fotosu Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının mükafatına layiq görülüb
19:48 5 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 dekabr, AZƏRTAC
AZƏRTAC-ın fotosu Rumıniyada keçirilən «Bucovina Mileniul lll» International Salon of Photographic Art. Beynəlxalq fotomüsabiqəsində Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FIAP) fəxri lentinə layiq görülüb.
AZƏRTAC-ın müxbiri İlqar Cəfərova “Fotojurnalistika” nominasiyasında qələbə qazandıran fotoşəkil “Təkərlər üzərində yürüş” adlanır. Bu şəkil 2008-ci ilin sentyabrında Pekində keçirilən Paralimpiya Oyunlarında çəkilib.
Qeyd edək ki, bütün fotomüsabiqə iştirakçılarından yalnız doqquz fotojurnalist bu nominasiyada FIAP-ın fəxri mükafatlarına layiq görülüb. FIAP-ın hamiliyi ilə keçirilən fotomüsabiqəyə 49 ölkədən 334 fotoqrafın 2200 işi təqdim olunub. Müsabiqə “Sərbəst mövzu” və “Fotojurnalistika” nominasiyalarında elan edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AZARTAC_in_fotosu_Beynelxalq_Fotoqrafiya_Seneti_Federasiyasinin_mukafatina_layiq_gorulub-908673

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR