"Qəbələ"nin Lənkəran sınağı

"Qəbələ"nin Lənkəran sınağı
09:17 6 Dekabr 2015
33 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Premyer Liqasında 15-ci turun oyunlarına start veriləcək.

Qol.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Lənkəranda yerli "Xəzər Lənkəran" klubu "Qəbələ"ni qəbul edəcək. Altı turdur qələbəyə həsrət qalan "Qəbələ" bu dəfə uğursuz seriyaya son qoymaq niyyətindədir. Oyun saat 16:00-da başlayacaq.

Günün digər oyunu paytaxtda keçiriləcək. Burada "Neftçi" "Zirə" ilə münasibətlərinə aydınlıq gətirəcək. "Bakcell Arena"da keçiriləcək matçın start fiti saat 16:00-da veriləcək. 

6 dekabr

Azərbaycan Premyer Liqası, 15-ci tur

16:00. "Xəzər Lənkəran" - "Qəbələ"
Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Akif Əmirəli, Vaqif Musayev 
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Əhmədov
"Xəzər Lənkəran" mərkəzi stadionu.

16:00. "Neftçi" - "Zirə"
Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, Knyaz Əmiraslanov, Azər Əsgərov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Rauf Cabbarov
"Bakcell Arena".

Turnir cədvəli 

N Klublar O Q H M T-F X
1 Qarabağ 14 10 2 2 24-9 32
2 İnter 14 6 6 2 12-8 24
3 Zirə 14 6 6 2 14-11 24
4 Qəbələ 14 6 6 2 22-10 24
5 Kəpəz 14 5 5 4 15-14 20
6 Neftçi 14 5 4 5 16-15 19
7 Sumqayıt 14 2 6 6 13-19 12
8 Xəzər Lənkəran 14 3 3 8 10-19 12
9 AZAL 14 3 3 8 8-17 12
10 Rəvan 14 2 3 9 9-21 9

Bombardirlər:
Riçard Almeyda ("Qarabağ") - 6 qol
Ruslan Qurbanov ("Neftçi") - 5 qol
Aleksey Antonov ("Qəbələ") - 5 qol
Dieqo Martins ("İnter") -5 qol

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/388054.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR