Neft qiymətləri yenə geriləyir

Neft qiymətləri yenə geriləyir
07:57 7 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

Dünya birjalarında müşahidə olunan ucuzlaşma ilə neftin qiymətində düşüş yaşanıb. 

Milli.Az anspress-ə istinadən bidirir ki, birjaların satışlar üzrə hesabatına görə "Brent" markalı neftin qiyməti 42.82 dollar olub. 

"Texas" (WTI) markalı neftdə də ucuzlaşma qeydə alınıb. Birjaların verdiyi son məlumatlara görə, "Texas" markalı neftin qiyməti 39.55 dollar olub.

"AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 43,00 dollar təşkil edib.

Əmtəə birjalarında qızılın qiymətində də cüzi ucuzlaşma müşahidə olunub. Belə ki, qızılın qiyməti 1 qram üçün 34.82 dollar olub. Gümüşün qiymətində nisbi bahalaşma olub. Birjalarda gümüşün qiyməti 1 qram üçün 0.46 dollar müəyyənləşib. 

Neftlə yanaşı dolların da qiymətində kəskin düşüş yaşanıb. Mərkəzi bankın məlumatına görə, dünən 1 ABŞ dollarının qiyməti 1.0495 AZN təşkil edib. Avropa valyutasında isə bahalaşma müşahidə olunur. Avrozona valyutasının qiyməti, 1 euro üçün 1.1482 AZN olub. Rusiya valyutasında müşahidə olunan ucuzlaşma davam edib. Dünən 1 rublun qiyməti 0.0155 AZN olaraq müəyyənləşib. 

Azərbaycan Mərkəzi Bankının ən son məlumatlarına görə ölkəmizdə xarici valyutaların məzənnəsi belədir: 
1 ABŞ dolları - 1.0495 AZN
1 Euro - 1.1482 AZN 
1 rus rublu - 0.0155 AZN

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/388197.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR