“ASAN Xidmət” cərimələr ilə bağlı onlayn müraciət xidməti yaradır

“ASAN Xidmət” cərimələr ilə bağlı onlayn müraciət xidməti yaradır
13:16 7 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidenti yanında Sosial İnnovasiyalar və Vətəndaşlara Xidmət Agentliyi yeni elektron xidmətin yaradılması üzərində işləyir.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, yeni xidmət yol-nəqliyyat qaydalarının pozulması üzrə cərimələr ilə bağlı şikayəti olan sürücülər üçün nəzərdə tutulub.
 
“Bildiyimiz kimi, avtomobil sürücüləri yol-nəqliyyat qaydalarının pozuntusuna yol verdikdə  radar tərəfindən qeydə alınırlar və telefonlarına cərimə  tətbiq ediləcəyi haqda məlumat gəlir. Yeni elektron xidmət vətəndaşların cərimənin tətbiqi ilə razı olmadıqları halda onlayn müraciət etmək imkanı təqdim edir”, - deyə agentlikdən bildiriblər.
 
Hazırda yeni e-xidmətin yaradılması istiqamətində işlər aparılır və yaxın zamanda istifadəyə verilməsi nəzərdə tutulur.
 
Aynur Vəliyeva


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40180-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR