Azərbaycan multikulturalizmi fənninin monitorinqi Portuqaliyada da keçirilib

Azərbaycan multikulturalizmi fənninin monitorinqi Portuqaliyada da keçirilib
15:33 7 Dekabr 2015
12 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
Azərbaycan multikulturalizmi fənninin növbəti monitorinqi Portuqaliyanın Lusafona Universitetində keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, monitorinq Bakı Slavyan Universitetinin əməkdaşı Ülviyyə Abbasova tərəfindən aparılıb. O, monitorinq zamanı universitetdə Beynəlxalq sahibkarlıq ofisinin direktoru Teresa do Rosario Domasio və direktorun müavini Elisabete Lourenco ilə görüşüb. Görüşdə Teresa do Rosario Domasio Azərbaycan multikulturalizmi fənninin Lusafona Universitetində tədris olunmasından məmnunluq hissi keçirdiyini bildirib. Tələbələrin bu fənnə böyük maraq göstərdiyini bildirən xanım Teresa gələcəkdə Azərbaycan multikulturalizmi fənninin Portuqaliyanın liseylərində də tədris olunmasını arzu etdiyini bildirib.
Azərbaycanın tolerant ölkə olduğunu, bu ölkədə milli azlıqların və fərqli dinlərin nümayəndələrinin yüz illər boyu dostluq şəraitində, mehribancasına bir arada yaşamasının böyük marağa səbəb olduğunu vurğulayan xanım Teresa bu fənnin universitetdə davamlılığının onlar üçün çox vacib olduğunu bildirib.
Monitorinq zamanı Azərbaycan multikulturalizmi fənnini Lusafona Universitetində tədris edən Maya Cəfrquliyeva proqram üzrə mühazirəsini oxuduqdan sonra Ü.Abbasova tələbələrə Azərbaycanda linqvistik fərqlilik mövzusunda mühazirə deyib.
Mühazirədən sonra tələbələr bildiriblər ki, bu dərsi dinləmək onlar üçün çox faydalı və maraqlıdır. Onlar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil etdiyi yay və qış məktəblərində iştirak etmək istəklərini də söyləyiblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_multikulturalizmi_fenninin_monitorinqi_Portuqaliyada_da_kechirilib-908922

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR