Azərbaycanlı hakim “Munisipal”–“Lozanna” voleybol oyununda ədaləti qoruyacaq

Azərbaycanlı hakim “Munisipal”–“Lozanna” voleybol oyununda ədaləti qoruyacaq
17:38 7 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
Beynəlxalq dərəcəli azərbaycanlı hakim Fikrət Axundov Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.
AZƏRTAC xəbər verir ki, həmyerlimiz kişi komandalar arasında CEV kubokunun 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində “Munisipal” (Rumıniya) – “Lozanna” (İsveçrə) matçında ədaləti qoruyacaq.
F.Axundov Rumıniyanın Zalau şəhərində keçiriləcək qarşılaşmada ikinci hakim funksiyasını yerinə yetirəcək. Oyunun əsas referisi yunanıstanlı Aleksandros Milonakis təyin edilib. Görüş dekabrın 16-da keçiriləcək.
Qeyd edək ki, komandalar arasında ilk matçda Rumıniya təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanli_hakim_Munisipal_Lozanna_voleybol_oyununda_edaleti_qoruyacaq-908999

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR