"ANS cəmiyyətdən üzr istəmək əvəzinə, utanmadan bizi qınayır"

"ANS cəmiyyətdən üzr istəmək əvəzinə, utanmadan bizi qınayır"
14:06 8 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

 "ANS-in bəzi başbilənləri yenə öz amplualarındadır.

Yol verdikləri səhvləri, qanun pozuntularını boyunlarına alıb, utanmaq, həya eləyərək "bir də olmaz" deyib cəmiyyətdən üzr istəmək əvəzinə, utanmadan Milli Televiziya və Radio Şurasını qınamağa başlayıblar. ANS ÇM-in direktoru saytlardan birinə deyib ki, matəm günü "nə etmək lazım olduğunu MTRŞ-dən soruşmaq istəyirdik, lakin orada heç kimi tapmadıq, heç kim cavab vermədi. Lap elə tutaq ki, MTRŞ qanun pozuntularını müşahidə edib. Bəs onda niyə dərhal həmin qurumların rəhbərlərinə zəng vurub bu barədə xəbərdar etməyib? Niyə bütöv bir gün gözləyib? Gözləyib ki, qanun pozuntuları davam etsin... Nə məqsədlə?"

Axşam.az-ın "Report"a istinadən məlumatıan görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşov deyib.

T.Dadaşov ANS ÇM-in rəhbərini qanunvericiliyin tələblərini bilməməkdə də ittiham edib:

"Bir adam ki, neçə ildir radio direktorudur, amma hələ də radio haqqında qanunvericiliyin elementar tələblərini bilmirsə və bilməməyi bir yana, heç olmasa bunu pərdələməyə də cəhd eləmirsə, əksinə, danışdığı hər kəlməsində özünü biabır edirsə, beləsinə nə deyəsən? Məncə, ANS-in lap yuxarı rəhbərliyi bu açıqlamasında dediyi fikirlərə görə onu cəzalandırmalıdır. Çünki necə yəni, sən hələ öz sahəni tənzimləyən qanunları bilmirsən, bununla da radionun nüfuzuna xələl gətirirsən, radionu potensial maliyyə sanksiyaları ilə qarşı-qarşıya qoyursan. Hələ bir utanmadan da dövlət qurumunu ittiham edirsən? Deməli, gözləyirsən ki, MTRŞ sənə zəng edib hər dəfə qanunun bir maddəsini xatırlatsın? ANS-də TV və radio yayımı sahəsində qanunvericiliyi deyəsən hələ indi öyrənməyə başlayıblar. Çünki bu barədə kanalın hüquqşünası Şuranın iclasında özü demişdi. Demişdi ki, artıq treninqlərə başlamışıq...

ANS-də treninq keçənlərdən xahiş edərdim ki, əsas treninqləri ANS ÇM-in direktoruna keçsinlər. Əslində, ANS ÇM radiosunun direktorunun belə özündən böyük danışmağında bizim də günahımız az deyil. Çünki gərək onun müdiri olduğu radioda yol verilən hər qanun pozuntusuna görə Şura 8 min cəza verəydi, onda bilərdilər dövlət qurumu ilə danışmağın tərzini. Yəqin həmin direktor hələ onu da bilmir ki, MTRŞ-nin reklam pozuntusuna görə cərimə eləmək səlahiyyəti var.
 
Bilmirsə, ANS TV-nin proqram direktoru Sevda Həsənovadan soruşsun. ANS ÇM-in direktoru deyir ki, proqram setkasında dəyişikliyi 6 saata etmək mümkündür. Bəs, matəm rəsmən saat 13-də elan olunubsa (əslində AZTV matəmi saat 11.07-də elan etmişdi), setka niyə saat 19.00-a kimi dəyişilmədi və hətta saat 21-dək reklamlar yayımlanır və matəm günü ilə bağlı qanunun tələblərini pozulurdu? Məsələn, 106 FM və 106.3 radioları setkalarını dərhal qanuna uyğun şəkildə dəyişdilər. Onlar heç 6 saatlıq vaxt lazımdır bəhanəsini qoymadılar.

Digər tərəfdən, MTRŞ yayımçılarla keçirdiyi son toplantıda, məlum oduğu kimi, sərt qərar da vermədi, yalnız tövsiyə verməklə kifayətləndi. Yayımçıların "Günəşli" neft yatağının 10-cu platformasında baş verənləri işıqlandırarakən, cəmiyyəti məlumatlandırarkən çəkdiyi zəhməti, şou-proqramları dayandırmalarını və s. müsbət hal kimi dəyərləndirdi. Yəni, qurum situasiyanı nəzərə alıb yumşaq davrandı. Lakin bunun müqabilində dövlət qurumuna qarşı hörmətsizlik eləmək, yersiz ittihamlar irəli sürmək, nədənsə yalnız ANS-in ağlına gəldi. Amma eybi yox..."

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

“Ermənistanda fahişəliklə mübarizə zərurətə çevrilib” - Erməni deputat

22 Sentyabr 2017 17:49

Azərbaycanlı müğənni həyat yoldaşı ilə Dubayda konsert verdi - VİDEO

22 Sentyabr 2017 17:48

"Real"da 70 milyon avroluq müqavilə

22 Sentyabr 2017 17:47

Anasını hədəf yerinə qoydu, oxu atdı və...

22 Sentyabr 2017 17:44

Sabiq nazir müavininin qohumunun məhkəməsində şahidlər dindirilib

22 Sentyabr 2017 17:42

Əsl ana YAP-ın üzvü olmalıdır

22 Sentyabr 2017 17:38

Kənd təsərrüfatı naziri Salyanda vətəndaşlarla görüşüb

22 Sentyabr 2017 17:37

Prokuror qayınanasını bıçaqlayan şəxsə cəza istəyib

22 Sentyabr 2017 17:37

Bu qadına ana demək olarmı?!

22 Sentyabr 2017 17:37

2017-ci ilin birinci yarısında kiberhücumlardan dəymiş zərərin həcmi məlum olub

22 Sentyabr 2017 17:35

İspaniya Kataloniyaya ordu yeritdi

22 Sentyabr 2017 17:33

Gürcüstan Voleybol Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

22 Sentyabr 2017 17:32

Təmizləyici vasitənin reklamı dayandırıldı

22 Sentyabr 2017 17:31

Azərbaycanda keçmiş bələdiyyə sədri həbsdə öldü

22 Sentyabr 2017 17:29

Bakıda polis bölmələrindən birinə yeni rəis təyin edilib

22 Sentyabr 2017 17:27

"Azərbaycan iqtisadiyyatının dinamik inkişafı qorunub saxlanıb"

22 Sentyabr 2017 17:27

Sabiq nazir müavinin oğlu ölkədən çıxıb

22 Sentyabr 2017 17:24

Sentyabrın 25-nə manatın MƏZƏNNƏSİ

22 Sentyabr 2017 17:23

“2018-ci ilin yazında müharibə...” - Rusiyalı ekspertdən PROQNOZ

22 Sentyabr 2017 17:23

Novak: "Bu ilin II yarısında neftə tələbat artacaq"

22 Sentyabr 2017 17:22

Növbəti 3 günə olan məzənnə

22 Sentyabr 2017 17:21

"Ağıllı" qapı zəngi hazırlanıb - FOTO

22 Sentyabr 2017 17:18

Almaniya Vyetnamla strateji tərəfdaşlığı dayandırır

22 Sentyabr 2017 17:17

Hərbi təlimlərə döyüş helikopterləri də qoşulub

22 Sentyabr 2017 17:15

“Çelsi” rəsmən təsdiqlədi: Kosta “Atletiko”da

22 Sentyabr 2017 17:14

Gənc Tamaşaçılar Teatrı oktyabr ayına olan repertuarını açıqlayıb

22 Sentyabr 2017 17:12

Sizi 15 günə qarın piylərindən 4 kilo xilas edəcək

22 Sentyabr 2017 17:10

2 başlı, 3 ciyərli, 4 əlli insanlar: Belə uşaqların doğulmaması üçün nə etməli? - ARAŞDIRMA

22 Sentyabr 2017 17:08

“Qara Bazar”a son zərbə

22 Sentyabr 2017 17:04

Lütfi Zadənin nəşinin Bakıya gətirilməsinin GECİKMƏ SƏBƏBİ BİLİNDİ: "Cümə günü..."

22 Sentyabr 2017 17:03

Bakı-Qazax yolunda yol qəzası baş verib, iki nəfər xəsarət alıb

22 Sentyabr 2017 17:02

Bu il İtaliya səfirliyinin azərbaycanlı tələbələrə verdiyi vizaların sayı açıqlanıb

22 Sentyabr 2017 17:02

Mədəniyyət və Turizm Nazirliyi Mirzə Ələkbər Sabirin ev muzeyinin sökülməsinə münasibət bildirib

22 Sentyabr 2017 16:57

Hərdən AFFA və PFL-ə yazığım gəlir

22 Sentyabr 2017 16:57

“Bu, Türkiyənin milli təhlükəsizlik məsələsidir”

22 Sentyabr 2017 16:56

İstanbulu fəth edən Çinarə Məlikzadə bütün GİZLİNLƏRİNİ AÇDI: “Ailə qurandan sonra...” - MÜSAHİBƏ

22 Sentyabr 2017 16:53

Üzeyir Hacıbəyova qarşı tərbiyəsizlik edənlərə CƏZA

22 Sentyabr 2017 16:51

Prezident İlham Əliyev: "Bu gün Azərbaycan ictimai-siyasi cəhətdən sabit, iqtisadi gücü sürətlə artan və irimiqyaslı layihələr icra edən ölkədir"

22 Sentyabr 2017 16:47

Bakıda avtobuslarda gediş haqqı bahalaşıb?

22 Sentyabr 2017 16:45

Röya Zabit Səmədovla SEVGİLİ OLMASINDAN DANIŞDI: “O mənim...” - FOTO

22 Sentyabr 2017 16:43

120 manata görə iki qardaşa 5 İL HƏBS

22 Sentyabr 2017 16:39

“İDEAL”ın keçmiş baş direktoruna cinayət işi açıldı

22 Sentyabr 2017 16:38

"Qara bazar"a son zərbə

22 Sentyabr 2017 16:37

Azərbaycanlı aktrisa çəkiliş meydançasında

22 Sentyabr 2017 16:37

“Hamı üçün İKT” sosial layihəsinə start verilib

22 Sentyabr 2017 16:35

Sifəti tanıyan qapı zəngi yaradılıb

22 Sentyabr 2017 16:35

“TurAz Qartalı-2017” təlimlərinə döyüş helikopterləri də qoşuldu

22 Sentyabr 2017 16:34

Piyadaların nəzərinə: Reyd keçirilir

22 Sentyabr 2017 16:33

Bakıda yeraltı və yerüstü keçidlərdən istifadə etməyən piyadalara qarşı reyd keçirilib

22 Sentyabr 2017 16:32

"QəbuldASAN" verilişi yeni mövsümə start verir

22 Sentyabr 2017 16:29