Aparıcı Burcu Esmersoy qatıldığı tədbirlərdən birində jurnalistlərin suallarını cavablandırıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Yeni il bayramında nə edəcəksiniz?" sualına Burcu: "20 il əvvəl dostlarımla Yeni il gecəsi təşkil etmişdik, Kənan Doğulunun konsertinə getməli idik. Lakin saat 8-də evdən çıxdıq, tıxaca düşdük. Yeni ili də maşında qarşıladıq. O gündən bəri bayram günü evdə oluram. Yeni il axşamı tıxacdan keçmək olmur, hər yer də bahalı. Evdə loto oynayacağam", - deyə cavab verib.
Milli.Az