"Qarabağ" Belçikaya yola düşür

Bu gün, UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Anderlext"lə qarşılaşacaq "Qarabağ"ın futbolçu və məşqçi heyəti Bakı-Brussel reysiylə Belçikaya yollanır.

"Qarabağ" Bakı vaxtı ilə saat 18:00-da yola düşəcək. Uçuşun təxminən 5 saat davam edəcəyi gözlənilir.

Qeyd edək ki, "Anderlext" (Belçika) - "Qarabağ" (Azərbaycan) qarşılaşması dekabrın 10-da saat 00:05-də başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR