Dekabrın 9-da Bakının və respublikanın bəzi rayonlarının təbii qaz təchizatı məhdudlaşdırılacaq

Dekabrın 9-da Bakının və respublikanın bəzi rayonlarının təbii qaz təchizatı məhdudlaşdırılacaq
17:53 8 Dekabr 2015
57 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
Dekabrın 9-də saat 10-dan 18-dək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Qaz İxrac” idarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Türkan-1”, “Türkan-2”, “Novxanı” və “Mərdəkan bağları”, Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Muğan”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Bərdə” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Bərdə rayonunun Mehdixanlı və Seyidhüseynli, Hacıqbul rayonunun Muğan və Udulu kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aparılan işlərin Bakının Binəqədi rayonunun, həmçinin Xəzər rayonunun Türkan və Mərdəkan qəsəbələrinin bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi də mümkündür.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dekabrin_9_da_Bakinin_ve_respublikanin_bezi_rayonlarinin_tebii_qaz_techizati_mehdudlasdirilacaq-909401

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR