Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovskinin sosial şəbəkədə yeni yayılmış şəkli izləyiciləri heyrətə salıb.

ANS PRESS-in məlumatına görə, fotoşəkildə LDPR lideri bir dəstə sərxoş rokerin əhatəsindədir. Fotonun 1992-ci ildə Moskvada rok klubda çəkildiyi güman edir.

Yəhudi mənşəli Volf İsaakoviç Eydelşteynin oğlu olan və 18 yaşına kimi Eydelşteyn soyadı daşımış Vladimir Jirinovski həmin illərə qədər hüquqi nəşrlər sahəsində çalışırdı və 1990-cı ilə qədər “Mir” nəşriyyatının hüquq bölməsinə rəhbərlik edirdi. Daha öncə isə elmi fəaliyyətlə yanaşı həmkarlar təşkilatında çalışıb.

1990-cı ildə ilk siyasi addımlarını atan Jirinovski görünür özünə çevrə toplamaq niyyətində olub və buna görə də o illərdə Rusiyada çox populyar olan rokerlərə yaxınlaşıb. Şəkil çəkilən zaman LDPR liderinin 46 yaşı olub.

Jirinovskinin sirli fotosu (FOTO)
Mənbə
ANS PRESS