"Twitter" açıqladı, Kopa Amerika bütün idman turnirlərini qabaqladı

2015-ci ildə "Twitter"də haqqında ən çox bəhs edilən idman turnirinin adı məlum olub.

Sözügedən sosial şəbəkənin statistiki göstəricilərinə əsasən, Çilinin ev sahibliyi etdiyi Kopa Amerikadan 14 milyard dəfə bəhs edilib. Bu, birincilik üçün yetərli olub. NCAA basketbol liqası çərçivəsində keçirilən "March Madness" ikinci olub. Sıralamanın davamı isə belədir: futbol üzrə qadınlararası Dünya çempionatı (9 milyard), "Uimbldon" (8 milyard), NBA final seriyası (7,6 milyard), reqbi üzrə Dünya çempionatı (6,8 milyard), "Tur de Frans" (5,3 milyard), "Fransa Open" (4,1 milyard), "US Open" (3,5 milyard), Floyd Meyuezer - Menni Pakyao döyüşü (2,7 milyard).

Ən çox retvitlənən paylaşım isə əfsanəvi basketbolçu Kobe Brayantın mövsümün sonunda karyerasını bitirəcəyini açıqladığı tvit olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR