SOCAR: hazırda yanan 4 qaz quyusunun söndürülməsi istiqamətində işlər davam etdirilir

SOCAR: hazırda yanan 4 qaz quyusunun söndürülməsi istiqamətində işlər davam etdirilir
20:38 9 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, Nihad Budaqov, AZƏRTAC
Təəssüf ki, bugünkü axtarışlar hələlik nəticə verməyib. Hava şəraitinin əlverişsiz olması axtarış işlərini çətinləşdirir. Lakin bütün bunlara baxmayaraq, axtarışlar davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 9-də saat 20-də keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Xalik Məmmədov məlumat verib.
“Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İsgəndərov bildirib ki, hazırda yanan 4 qaz quyusunun söndürülməsinə 5 yanğınsöndürən gəmi cəlb olunub. İtkin düşmüş işçilərin axtarışları Fövqəladə Hallar Nazirliyinin 4 helikopteri, Dövlət Sərhəd Xidmətinin helikopterləri, həmçinin gəmilərlə aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR