Bakı metrosundə yenə problem yarandı

Bakı metrosundə yenə problem yarandı
10:37 10 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün "Bakı Metropoliteni" qatarlarının hərəkətində yenidən problem yaranıb. Buna görə də qatarların qrafikində dəyişiklik olub və lövhə "Dərnəgül" stansiyası istiqamətini göstərsə də qatarlardan bəziləri istiqamətini dəyişərək "İçərişəhər" stansiyasına gedib. Nəticədə də səhər saatlarında işə, dərsə tələsən sərnişinlər üçün bir sıra çətinliklər yaranıb.

Məsələ ilə bağlı "Bakı Metropoliteni"nin mətbuat katibi Nəsimi Paşayev ANS PRESS-ə bildirdi ki, bu gün səhər 07: 40 radələrində qatarın birində texniki nasazlıq yaranıb və buna görə də ümumi 10 dəqiqə gecikmə olub: "Qrafik pozulduğu üçün də bəzən istiqamət dəyişmə əməliyyatları aparıla bilir. Ancaq bu barədə sərnişinlərə maşinist xəbərdarlıq etməlidir. Düzdür, lövhədə "Dərnəgül" yazısı görüb qatara minən sərnişin bütün stansiyalarda xəbərdarlıqları dinləməyə bilər. Ancaq bu mövzuda vətəndaşlar da diqqətli olmalıdır. Hazırda isə bütün problemlər həll olunub və qatarlar öz qrafiki üzrə hərəkət edir", -deyə N. Paşayev bildirdi.


Nəsimi Paşayev- Metropolitenin mətbuat katibi

Bu son bir necə gündə Bakı metropolitenində baş verən 3-cü nasazlıqdır. Belə ki, dekabr ayının 2-də "Bakı Metropoliteni" QSC-nin Elmlər Akademiyası stansiyasında işıqlar qəfildən söndüyü üçün problem yaranmışdı. Hadisəyə səbəb metropolitenin "28 May" stansiyası ilə "Sahil" stansiyası arasında elektrik kabellərindən birində yaranan nasazlıq olub. İki stansiya arasında yerləşən kabellərdən birində tüstülənmə olub.

Hadisədən təxminən bir saat sonra Bakı metrosunda növbəti dəfə problem yaşanıb. "İçərişəhər" - "Həzi Aslanov" istiqamətində hərəkət edən qatar "Gənclik" stansiyasına çatmamış 10 dəqiqəyə yaxın tuneldə qalıb. Çətinliklə hərəkətə gətirilən qatardakı sərnişinlər "Gənclik" stansiyasında təxliyyə edilib. Nəticədə stansiyada basabas yaranıb. Sərnişinlərdən bəzilərinin halı pisləşib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=366915

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR