Yağış yağacaq, duman olacaq

Yağış yağacaq, duman olacaq
13:12 10 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yarımadanın bəzi yerlərində yağış yağacağı, zəif duman olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 778 mm civə sütunundan 769 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/389179.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR