“Anderlext”-“Qarabağ” futbol oyununa 17 min bilet satılıb

14:19 10 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin sonuncu - altıncı turu çərçivəsində Belçikanın “Anderlext” klubu ilə Ağdamın “Qarabağ” komandası arasında keçiriləcək oyuna bilet satışı davam edir.
AZƏRTAC xəbər verir ki, hazırda bu görüş üçün satışda cəmi 1500 bilet qalıb. Onların da qiyməti 30-45 avro (12 yaşadək uşaqlar üçün 20 avro) təşkil edir. Bir sözlə, oyuna 17 min bilet satılıb.
Qeyd edək ki, matçın keçiriləcəyi “Konstant Vandenstok” stadionu 28 min azarkeş tutumuna malikdir. Amma avrokubok oyunlarında arenanın tutumu 21 min 845 nəfər olur. Həmçinin, qonaq komanda üçün nəzərdə tutulan fan-sektorun boş qalacağı da bildirilir.
“Anderlext”-“Qarabağ” matçı bu gün gecə saat 00:05-də start götürəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Anderlext_Qarabag_futbol_oyununa_17_min_bilet_satilib-909978

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR