Qənirə Paşayeva Manisa Universitetində konfrans keçirib

Qənirə Paşayeva Manisa Universitetində konfrans keçirib
18:34 10 Dekabr 2015
26 Sosial
Ölkə mətbuatı
A- A+

Millət vəkili Qənirə Paşayeva Türkiyənin Manisa Universitetində “Ermeni meselesinin dünü, bugünü ve yarını” adlı geniş konfrans verib. Lent.az-ın məlumatına görə, konfransda Qənirə Paşayeva müəllim və tələbələr qarşısında  Qarabağ münaqişəsi,  Xocalı Soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı geniş məruzə ilə çıxış edib və sualları cavablandırıb. 

 

Müəllimlərin, tələbələrin, bölgə rəsmilərinin, KİV təmsilçilərinin iştirak etdiyi tədbirdə Dağlıq Qarabağ və ətraf bölgələrimizin 20 ildən artıqdır ki, Ermənistanın işğalı altında qalmasını sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq problemi olduğunu vurğulayıb: “Beynəlxalq təşkilatlardan işğal altında olan torpaqlarımızı bizə vermələrini gözləməməliyik. AŞ, BMT kimi beynəlxalq təşkilatları Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəbul etdikləri qərarları vardır. Lakin bu qərarların heç biri tətbiq edilmir. Həmin təşkilatlar qərarların yerinə yetirilməsi istiqamətində Ermənistana qarşı heç bir siyasi təzyiq göstərmir. Biz bunun səbəblərini bilirik və mən onları sizinlə də paylaşacağam. Qoy gənclərimiz həqiqətləri daha geniş bilsinlər. O səbəbdən də bunu biz özümüz etməliyik”.

 

Millət vəkili Azərbaycanın qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib. Qondarma erməni soyqırımı iddialarının yalan olması barədə faktlarla geniş çıxış edən millət vəkili erməni diaspor, lobbisi və Ermənistanın bu yalanlarla bütün dünyada Türkiyə və Türk millətinin əleyhinə apardığı kampaniyadan, bəzi güclərin və dövlətlərin isə öz maraqları üçün bu məsələdən necə istifadə etməsi barədə geniş bilgilər verib.

 

Tədbirin sonunda bir sıra müəllim və tələbələrə millət vəkili Qənirə Paşayeva yazar-araşdırmaçı İmdat Avşarla birlikdə hazırladığı Türkiyə Türkcəsində “Karabağ hikayeleri” kitabını, həmmüəllifi olduğu “Hocalı Soykırımı:Tanıkların dilinden” kitablarını hədiyyə edib və gəncləri, ziyalıları və KİV təmsilçilərini maraqlandıran sualları geniş cavablandırıb. Universitet rəhbərliyi  Q. Paşayevaya dəvəti qəbul etdiyi və konfrans üçün təşəkkür plaketi təqdim edib. Millət vəkilini yaxın zamanlarda yenidən universitetə dəvət edən ali təhsil ocağı rəhbərliyinə Q. Paşayeva Azərbaycanla bağlı, Xocalı Soyqırımı ilə bağlı konfrans verəcəyinə söz verib və Universitetin kitabxanasına Azərbaycanla bağlı çoxlu kitablar hədiyyə edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224728

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR