Tanınmışlar kimsəsiz uşaqları sevindirəcəklər

Tanınmışlar kimsəsiz uşaqları sevindirəcəklər
11:21 11 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətiylə xeyriyyə konserti keçiriləcək.

Axşam.az-ın məlumatına görə, tədbir dekabrın 24-də “Four Seasons” oteldə baş tutacaq.

“Uşaqlar gülsün deyə” şüarı altında keçiriləcək gecənin aparıcısı Vüsalə Əlizadədir. Konsertdə xalq artisti Faiq Ağayev, əməkdar artist Manana, müğənnilər Nura Suri, Elçin Cəfərov, Zamiq Hüseynov, Günay İbrahimli və başqalarının iştirakı gözlənilir.

Gecədən əldə olunan gəlirlə bir neçə kimsəsiz uşaq evinə yardım göstəriləcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR