"Beşiktaş" "Sportinq"ə uduzub, Avropa Liqası ilə sağollaşdı (Video icmal)

UEFA Avropa Liqasında gecənin maraqla gözlənilən matçlarından biri H qrupunda oynanılıb.

"Sportinq" "Beşiktaş"ı qəbul edib. 58-ci dəqiqədə Mario Qomes qonaqları hesabda önə keçirib. Ancaq "qara qartallar" qələbə hesabını qoruya bilməyib. Silmaninin qolu və Ruisin dublu sayəsində qalib gələn "Sportinq" mərhələ adlayıb, "Beşiktaş" isə Avropa Liqası ilə sağollaşıb.

"Sportinq" - "Beşiktaş" - 3:1

Qollar: Slimani, 67, Ruis, 72; 78 - Qomes, 57

Matçın video icmalını mötərizədəki yazının üzərinə vurmaqla izləyə bilərsiniz - ( SPORTİNQ - BEŞİKTAŞ VİDEO İCMAL )

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR