"Report" xəbər verir ki, bu barədə krallığın müdafiə naziri Maykl Fellon amerikalı həmkarı Eşton Karterlə görüşündə bildirib.
"Biz İraq və Suriyaya yerüstü qoşun göndərməyi nəzərdə tutmuruq", — deyə RİA "Novosti" Fellonun sözlərini sitat gətirir.
O qeyd edib ki, İraqın baş naziri Heydər əl-Abadi Bağdadda görüş zamanı "onların necə ki, Amerika qoşunlarını, eləcə də Britaniya qoşunlarını öz ərazilərində görmək istəmədiklərini çox dəqiq şəkildə ifadə edib".