Azərbaycan kinosunun erotik səhnələri: "Qayçılanan" kadrlar - VİDEO

Azərbaycan kinosunun erotik səhnələri: "Qayçılanan" kadrlar - VİDEO
15:57 13 Dekabr 2015
129 Digər
Ölkə mətbuatı
A- A+

Filmlərdə öpüşmə, qucaqlaşma və digər intim səhnələr tamaşaçılarda həmişə fərqli münasibətlər doğurub. Modern.az saytının məlumatına görə, Azərbaycan kimi müsəlman ölkəsində də belə səhnələr həmişə birmənalı qarşılanmayıb. Təsadüfi deyil ki, Azərbaycan filmlərində yer verilən erotik səhnələr həmişə ciddi müzakirələrə, hətta qalmaqallara səbəb olub. Uzağa getməyək, iki il öncə əksər KİV-lərdə və sosial şəbəkələrdə rejissor Yavər Rzayevin çəkdiyi "İlahi məxluq" filmi ilə bağlı açılan müzakirələri yada salmaq kifayətdir. 

Bu filmdəki erotik bir səhnə - çoban atanın rəssam qızı zorlaması səhnəsi əməlli-başlı səs-küy doğurmuş, geniş müzakirələrə səbəb olmuşdu. Belə müzakirələrə qoşulanların çoxu həmin səhnəni oynamış aktyor (Nurəddin Mehdixanlı) və aktrisanı (Vəfa Rzayeva) qınayır, tənqid edir və o kadrların Azərbaycan mentalitetinə zidd olduğunu vurğulayırdı.

İndi də çoxları belə düşünür ki, Azərbaycan cəmiyyəti nə qədər müasirləşsə, postmodernist dəyərlərə sarılsa da, sonda yenə də əxlaq məsələsində qırmızı xətti gözlənilməlidir. Bu, o cümlədən də milli filmlərə aid edilir. Cəmiyyətdə əksəriyyət düşünür ki, Azərbaycan insanının mentalitetini, dəyərlərini gözləyən qırmızı xətt filmlərdə mütləq gözlənilməli, erotik və seksual səhnələrdən imtina olunmalıdır. Hesab edirlər ki, bu cür səhnələrin olmaması ilə sənət heç bir zədə almır. Yəni azərbaycanlı rejissorlar açıq-saçıq səhnələr göstərməyə məcbur deyillər.

Doğrudur, bu fikirlərlə bir çox rejissorlar razı olmadıqlarını dəfələrlə ifadə ediblər. Amma razı olmasalar da, film çəkəndə erotik səhnələrlə bağlı kadrların hansı nəticələrə səbəb olacağını qabaqcadan təxmin edərək, bundan maksimum qaçmağa çalışıblar. Görünür, rejissorlar tənqid, qınaq obyekti olmaq istəməyiblər. 

Elə aktyor və aktrisalarımız da belə səhnələrdə çəkilməyə həvəsli olmayıblar.

Məsələn, 1971-ci ildə Anarın "Gürcü familiyası" hekayəsi əsasında çəkilmiş "Gün keçdi" filmində erotik səhnə fikirləşsələr də, aktyorun təkidi ilə bundan imtina edilib.

Nəticədə "Gün keçdi"nin çəkilişləri ssenaridə olduğu kimi lentə alınmayıb. Çünki ssenarinin sonluğunu məşhur aktyor Həsən Məmmədov (Oqtay rolunun ifaçısı) qəbul etməyib və nəticədə müəlliflər ssenariyə dəyişiklik etmək məcburiyyətində qalıblar. H. Məmmədov bununla bağlı xatirələrində belə demişdi: 

"Filmin ssenarisində Oqtayla Əsmərin son görüşü bizim adət-ənənəmizə uyğun olmayan bir səpkidə olmalı idi. Yəni ifadəmə görə üzr istəyirəm, ssenariyə əsasən, Oqtay Əsməri öz evinə dəvət etməli və onların arasında məhəbbət macəralarını özündə əks etdirən kadr olmalı idi. Mən həmin kadra qəti surətdə etirazımı bildirdim və xəbərdarlıq etdim ki, əks halda çəkilişdən imtina edəcəyəm. Doğrusu, sözüm eşidildi və ssenari adi sonluqla başa çatdı. Bilirsinizmi, əslində sonluğun açıq-saçıq formada başa çatdırılması filmin uğursuzluğuna səbəb ola bilərdi. Bir də ki, o cür maraqlı kadrlardan sonra Azərbaycan kişisinə yaraşmazdı ki, başqasının həyat yoldaşını evinə gətirsin. İnanın ki, o cür filmə heç kim maraq göstərməzdi də. Filmin gözəlliyi onda oldu ki, məhəbbətin, gənclik illərinin saflığı qorunub saxlanılmaqla lentə alındı və tamaşaçı auditoriyasına təqdim olundu". 

Bununla belə, bəzi filmlərimizdə kiçik də olsa, erotik səhnələr var. Amma həmin səhnələr bir sıra hallarda ekrana çıxarılarkən yerli telekanalların rəhbərliyi tərəfindən "qayçılanıb". 

Belə səhnələri çəkən rejissorlarımız isə məcburən həmin rolların qadın ifaçılarını Azərbaycandan kənarda axtarmalı olublar.

Məsələn, mərhum rejissor Rasim Ocaqovun 1993-cü ildə çəkdiyi "Təhminə" filmində açıq-saçıq səhnənin inandırıcı alınması üçün yerli aktrisalardan yox, xarici sənət ustasından istifadə olunub. Bu səbəbdən də Təhminə rolunun ifası üçün Türkiyədən aktrisa Meral Konrat dəvət olunub. Yerli aktrisalardan heç kim Təhminənin çəkildiyi yataq səhnəsində rol almağa cəsarət etməyib.

Yəqin ki, məşhur rejissor Tofiq Tağızadənin 1981-ci ildə lentə aldığı "Babamızın babasının babası" filmi bu gün sosial şəbəkələrdə müzakirəyə çıxarılsa, orada çəkilən erotik səhnə də tənqiddən yayınmayacaq.
Qeyd edək ki, film Azərbaycan kəndlərinin birində uzun ömür sürmüş 160 yaşlı Əziz babadan (aktyor Hüseynağa Sadıqov) bəhs edir. 
Filmin lap əvvəlində Əziz babanın uşaqlığını əks etdirən bir səhnə ekranlaşdırılıb. O səhnədə balaca Əzizin özündən xeyli yaşlı Nərgizə vurulmağından bəhs olunur. Maraqlıdır ki, bu səhnədəki erotik görüntülər nədənsə heç vaxt Azərbaycan tamaşaçısının ciddi müzakirəsinə səbəb olmayıb. 
Bəlkə də 160 yaşlı Əziz babanın filmdə məhəbbət və əbədilik ideyalarının daşıyıcısı kimi göstərilməsi, tamaşaçı zövqünü oxşaması və təbiilik "Babamızın babasının babası" filminin erotik səhnəsini tənqid hədəfi olmaqdan yayındırıb.

Qeyd edək ki, sovet dövründə çəkilən bu film indiyə kimi dəfələrlə müxtəlif yerli kanallarda nümayiş olunub. Amma bəzi telekanallar filmi nümayiş etdirərkən həmin səhnəni "qayçılayıblar".

Yeri gəlmişkən, bu filmdə də erotik səhnənin canlı və təbii alınması üçün rejissor Tofiq Tağızadə Nərgiz  roluna görə Rusiyanın tanınmış aktrisası Yelena Qaracovanı Azərbaycana dəvət edib. 

Modern.az saytı aldığı "Babamızın babasının babası" filmindəki bu maraqlı səhnəni təqdim edir:

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İŞİD bayrağından daha yaxşı bayraq və Əli Kərimlidən SÖYÜŞ QONAQLIĞI

23 Sentyabr 2017 19:03

Sarımsaqla cəfərini qarışdırıb yeyin

23 Sentyabr 2017 19:00

Patrik Riçard: "Azərbaycanın qadın voleybolçularının Avropa çempionatında layiqli yer tutacağına inanıram"

23 Sentyabr 2017 18:57

Siyavuş Novruzov: “Mitinq Ermənistan rəhbərliyinin sifarişi ilə keçirilib”

23 Sentyabr 2017 18:48

Meksikada növbəti güclü zəlzələ baş verdi

23 Sentyabr 2017 18:45

Çaylarda su artır

23 Sentyabr 2017 18:43

Dağıstandakı zəlzələ oldu: Şəkidə hiss edildi

23 Sentyabr 2017 18:29

Artur Rasizadəyə ağır itki

23 Sentyabr 2017 18:28

"Siyasi mühacir bileti satan Əli Kərimli korrupsiyadan danışır" - Siyavuş Novruzov

23 Sentyabr 2017 18:24

YAP icra katibinin müavini: "Milli Şuranın mitinqinin heç bir əhəmiyyəti yoxdur"

23 Sentyabr 2017 18:22

Azərbaycan Gürcüstana helikopter göndərdi

23 Sentyabr 2017 18:18

Kişilər seksdə nədən qorxur? - İNANILMAZ

23 Sentyabr 2017 18:13

"Mister Bin"in qızı o görüntülərini paylaşdı

23 Sentyabr 2017 18:05

13 oğlan birləşib 12 yaşlı qızı ZORLADI - QANDONDURAN HADİSƏ

23 Sentyabr 2017 18:03

DGK-da şəxsi heyətlə işin gücləndirilməsinə həsr olunmuş iclas keçirilib

23 Sentyabr 2017 18:02

Göygöldə yol qəzası

23 Sentyabr 2017 17:51

Rusiya kəşfiyyatı prezidenti öldürmək istəyirdi - ŞOK İDDİA

23 Sentyabr 2017 17:48

Göygöldə yol qəzası baş verib, xəsarət alanlar var

23 Sentyabr 2017 17:47

"İsgəndər Cavadov BFA" fəaliyyətə başladı - FOTOLAR

23 Sentyabr 2017 17:47

Azərbaycan meşə yanğınına görə Gürcüstana helikopter göndərdi

23 Sentyabr 2017 17:44

Şimali Koreyada zəlzələ

23 Sentyabr 2017 17:40

Meksikada daha bir zəlzələ

23 Sentyabr 2017 17:38

Alimlərdən QORXUNC HAVA XƏBƏRDARLIĞI: payız və yaz fəsli olmayacaq

23 Sentyabr 2017 17:33

Daxili İşlər Nazirliyi "Milli Şura"nın mitinqi ilə bağlı

23 Sentyabr 2017 17:27

DİN "Milli Şura"nın mitinqi ilə bağlı məlumat yaydı

23 Sentyabr 2017 17:23

"Qarabağ"ın rəqibi İspaniya La Liqasında növbəti qələbəsini qazanıb

23 Sentyabr 2017 17:22

Mitinqdə 1500 nəfər iştirak edib - Baş Polis İdarəsi

23 Sentyabr 2017 17:19

Sibel Can İLK DƏFƏ BALKON ŞƏKİLLƏRİ haqqında danışdı

23 Sentyabr 2017 17:18

Rusiyada “Həbsxanada hazırlanıb” adlı brend yarana bilər

23 Sentyabr 2017 17:17

Qaxda “Qazel” yandı

23 Sentyabr 2017 17:16

BŞBPİ: Milli Şuranın Bakıda keçirdiyi mitinqdə 1500-ə yaxın adam iştirak edib

23 Sentyabr 2017 17:12

Limon qabığının MÖCÜZƏVİ TƏSİRİ - Qaynadıb suyunu içsəniz...

23 Sentyabr 2017 17:08

Milli Şura Bakıda etiraz aksiyası keçirib

23 Sentyabr 2017 17:02

"Məni qaçırıb 6 gün təcavüz etdilər"

23 Sentyabr 2017 17:02

Elçin Hüseyinbəyli: “Üç-dörd qadını eyni zamanda...” – MÜSAHİBƏ

23 Sentyabr 2017 16:58

Akademik Milli Dram Teatrı mövsümü “Qarabağnamə” tamaşası ilə açıb

23 Sentyabr 2017 16:57

Dağıstan Şəkini SİLKƏLƏDİ

23 Sentyabr 2017 16:53

Bakıda Milli Şuranın mitinqi keçirilir

23 Sentyabr 2017 16:47

Alim Qasımov və Fərqanə Qasımova Nyu-Yorkda konsert proqramı ilə çıxış edəcəklər

23 Sentyabr 2017 16:42

Evdə saxlanması qadağan olunan 10 it cinsi

23 Sentyabr 2017 16:36

1 həftəyə 10 kiloqram arıqladan

23 Sentyabr 2017 16:35

“G7 bunu edə bilər, əgər...” - Rusiyaya TƏHDİD

23 Sentyabr 2017 16:33

Dağıstandakı zəlzələ Şəkidə hiss olunub

23 Sentyabr 2017 16:27

Azərbaycan içki idxalını 19% artırıb

23 Sentyabr 2017 16:27

"Sonunda ölüm də olsa, buna hazırıq" - Bərzani

23 Sentyabr 2017 16:24

Trampa verilən mətni oxumadı, istədiklərini dedi - Aləm bir-birinə DƏYDİ

23 Sentyabr 2017 16:23

Hindistan Arakanlı müsəlmanları ölkəyə buraxmadı

23 Sentyabr 2017 16:19

Din xadimindan qadınlarla bağlı ŞOK İFADƏLƏR

23 Sentyabr 2017 16:13

“Qarabağ”la oyunda nə baş verəcəyini görəcəyik” - "Roma"nın baş məşqçisi

23 Sentyabr 2017 16:09

Lunaparkda DƏHŞƏT - FOTO

23 Sentyabr 2017 16:08