Liviyanın gələcəyinə dair müzakirələr keçirilir

Liviyanın gələcəyinə dair müzakirələr keçirilir
20:37 13 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Romada BMT-nin Liviya hökumətinin birliyini nəzərdə tutan planına əsasən müzakirələr keçirilir. Çərşənbə günü sənədin imzalanması planlaşdırılır.

Milli.Az "Amerikanını səsi"nə istinadən bildirir ki, müzakirələrə İtaliyanın xarici işlər naziri Paolo Gentiloni və ABŞ dövlət katibi Con Kerri rəhbərlik edir.

Hər iki rəsmi 17 ölkə, BMT, Avropa İttifaqı və Ərəb Liqası nümayəndələri ilə ayrı-ayrı görüşlər keçirib.

Liviya hökuməti BMT-nin uzunmüddətli sabitsizlikdən sonra ölkənin dirçəlişini nəzərdə tutan planını Mərakeşdə qəbul edəcəyi gözlənilir.  

ABŞ Dövlət Departamentinin yüksək səlahiyyətli rəsmisi Liviya xalqının münaqişə, bacarıqsız idarəçilik və İslam Dövlətinin artmaqda olan mövcudluğundan təngə gəldiyini deyib.

Gentiloni isə Liviya razılığının təsdiqindən sonra qüvvədə qalmasının vacibliyini vurğulayıb. "Xaricdə daxildəki iki hökumətə əlavə olaraq daha bir hökuməti qəbul edə bilmərik", - deyə İtaliyanın xarici işlər naziri bildirib.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389919.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR