"Xərçəng xəstəliyinə tutulmuşdum"

"Xərçəng xəstəliyinə tutulmuşdum"
09:27 14 Dekabr 2015
115 Digər
Ölkə mətbuatı
A- A+

Aşıq Samirə Əliyeva xərçəng xəstəliyinə tutulduğunu etiraf edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Onlar"a açıqlama verən ifaçı xəstəlikdən qurtulduğunu deyib: 

"Əslində, ölümdən qorxan adam deyiləm. Təkcə qızımdan narahat idim. Ölüm qaşla-göz arasındadır. Bu xəstəliyim 7-8 il əvvəl olmuşdu. Şükür olsun ki, yaxşı həkimlərin əlinə düşdüm. Allahın möcüzəsi var, məsləhət biləndə yaşadır. Allaha deyirdim ki, mənə möhlət ver, bundan sonra həyatı necə sevmək lazımdır mən bilərəm. Pul, var-dövlət haqda daha düşünməyəcəyəm. Ölümün caynağından qurtulandan sonra bir daha başa düşdüm ki, həyat necə şirindir. Həkimə hər kəsdən gizli getmişdim. Niyə getdiyimi heç kimə deməmişdim. Hətta mən bir az gecikmişdim. Amma möcüzə oldu. Ondan sonra mən ikinci həyatımı qurdum". 

İkinci dəfə ailə həyatına son qoyan müğənni onu qınayanlara cavab verib:
 
""Samirə son zamanlar özünə yaman baxır" deyənlərə üzümü tutub deyirəm: Allah heç kimə xəstəlik, dərd, kədər göstərməsin. Onları çəkən bilir ki, sağlam həyat nədir. Canımın qədrini bilmədiyimi anlamışam. İndi öz qədrimi bilirəm. "Eşqə düşmüşəm, kimə görəsə oxuyuram" kimi şayiələrə ehtiyac yoxdur. Yaşadıqca həyatın, sağlamlığımın qədrini bilməyə başlamışam". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/389993.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR