Türkiyə avtodaşıyıcılarının Azərbaycandan tranzit keçidinin artırılması ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib

Türkiyə avtodaşıyıcılarının Azərbaycandan tranzit keçidinin artırılması ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib
15:38 14 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC
Azərbaycan və Türkiyə arasında beynəlxalq avtomobil daşımaları barədə müzakirələr aparılıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu müzakirələr Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti arasında beynəlxalq avtomobil əlaqələri sahəsində Ankara şəhərində Türkiyə-Azərbaycan Qarışıq Komissiyasının növbəti iclası zamanı aparılıb.
İclasda Azərbaycan və Türkiyə arasında həyata keçirilən beynəlxalq avtomobil daşımalarının vəziyyəti, statistik məlumatların mübadiləsi, daşımaların inkişaf perspektivləri, yük və sərnişin daşımalarında mövcud problemlər və onların həlli yolları, Azərbaycan-Türkiyə avtodaşıyıcılarını maraqlandıran digər məsələlər (viza, sərhəd-keçid məntəqələrindəki iş rejimi, ağırtonnajlı və iri qabaritli nəqliyyat vasitələrinin hərəkəti, təhlükəli yüklərin daşınması, sığorta məsələləri) və 2016-cı il üçün icazə blanklarının kontingentinin təyin olunması müzakirə olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq göstərişlərini rəhbər tutaraq, respublika ərazisinə daşınan tranzit yüklərin həcminin artırılması, Şimal, Cənub, Şərq, Qərb dəhlizlərindən Türkiyə avtodaşıyıcılarının tranzit keçidinin artırılması ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib.
Daha sonra Türkiyə-Azərbaycan Qarışıq Komissiyasının protokolu imzalanıb. Azərbaycan tərəfdən sənədi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev, Türkiyə tərəfdən isə Nəqliyyat Dənizçilik və İnformasiya Nazirliyinin Kara Yolu Düzənləmə baş direktor müavini Hüseyn Yılmaz imzalayıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiye_avtodasiyicilarinin_Azerbaycandan_tranzit_kechidinin_artirilmasi_ile_bagli_gorulecek_tedbirler_mueyyenlesdirilib-911089

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR