"E-hökumət" portalı "FİNCA international"ın Azərbaycandakı nümayəndəliyi ilə birgə layihəyə başlayıb

"E-hökumət" portalı "FİNCA international"ın Azərbaycandakı nümayəndəliyi ilə birgə layihəyə başlayıb
12:23 15 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC
"Elektron hökumət" portalı "FİNCA international" beynəlxalq təşkilatının Azərbaycandakı nümayəndəliyi ilə birgə layihəyə başlayıb.
Portalın operatoru olan Məlumat Hesablama Mərkəzində həmin təşkilatla keçirilmiş toplantıda vətəndaşın ödəmə qabiliyyətinin kağız üzərində sənəd tələbi olmadan müəyyənləşdirilməsi üçün portalın imkanları müzakirə edilib. Eyni zamanda, "Finca Azərbaijan"ın müştərilərinin faydalanması üçün qanunvericiliklə müəyyən olunmuş qaydalar və layihənin həyata keçirilməsi üçün texniki məsələlərdən danışılıb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, "e-hökumət" xidmət məkanı olmaqla yanaşı ən geniş fərdi identifikasiya sistemidir. Bu gün vətəndaş portal vasitəsilə özünə aid 11 növ məlumatı rahatlıqla bir neçə saniyədə formalaşdırıb tələb olunan müəssisəyə elektron və kağız şəklində göndərmək imkanına malikdir.
Hazırda elektron arayışlardan daha çox maliyyə-kredit sahəsində istifadə edilir. Belə ki, bu gün 20-dən artıq bank və kredit təşkilatı "e-hökumət” portalının imkanlarından istifadə edərək vətəndaşlardan fərdi məlumatları üzrə kağız daşıyıcıda sənəd tələbini ləğv edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotE_hokumet_quot_portali__quotFINCA_international_quotin_Azerbaycandaki_numayendeliyi_ile_birge_layiheye_baslayib-911307

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR