Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Saatlıda vətəndaşları qəbul edib

14:43 15 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Saatlı, 15 dekabr, Mahir Babayev, AZƏRTAC 
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyətinin orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müvafiq tədbirlər görürlər.
AZƏRTAC xəbər verir ki, növbəti belə qəbul dekabrın 15-də Saatlı rayonunda keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Saatlıdakı Gənclər Evində bu rayondan, eləcə də Sabirabad, İmişli, Beyləqan və Xocavənddən olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Mübariz Qurbanlı, Milli Məclisin deputatı Əflatun Amaşov və Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.
Qəbula gəlmiş vətəndaşlar əsasən dini icmaların dövlət qeydiyyatına alınması, onların fəaliyyəti, Quran kurslarının təşkili, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərin təmiri və digər məsələlərlə bağlı müraciət ediblər.
Vətəndaşları diqqətlə dinləyən komitə sədri M.Qurbanlı bir sıra müraciətləri yerindəcə həll edib. Bəzi müraciətlərin araşdırılması üçün isə göstərişlər verilib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər baxılması və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara çatdırılmaq məqsədilə qeydiyyata alınıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dini_Qurumlarla_Is_uzre_Dovlet_Komitesinin_sedri_Saatlida_vetendaslari_qebul_edib-911364

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR