İlin ən fəal mədəni-maarif müəssisəsi və mədəni-maarif işçiləri mükafatlandırılacaq

İlin ən fəal mədəni-maarif müəssisəsi və mədəni-maarif işçiləri mükafatlandırılacaq
17:23 16 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
Dekabrın 25-də Beynəlxalq Muğam Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə “2015-ci ilin ən fəal mədəni-maarif müəssisəsi və mədəni-maarif işçisi” müsabiqəsi qaliblərinin təltif olunma mərasimi keçiriləcək.
İdarədən AZƏRTAC-a bildirilib ki, müsabiqədə qalibləri 20-dən çox nominasiya üzrə müəyyənləşdirilib. Müsabiqə qaliblərinə fəxri fərmanlar, diplomlar, mükafatlar və hədiyyələr təqdim olunacaq.
Tədbirdə həmçinin, “Milli mədəniyyətimizin təməli” adlı kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirilən müsabiqənin və 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş Bakı şəhər musiqi kollektivlərinin festivalının qalibləri də təltif olunacaq.
Sonda konsert proqramı təqdim ediləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ilin_en_feal_medeni_maarif_muessisesi_ve_medeni_maarif_ischileri_mukafatlandirilacaq-911769

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR