Azərbaycan xoşbəxt ölkələr siyahısında

Azərbaycan xoşbəxt ölkələr siyahısında
22:46 16 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

Birləşmiş Millətlət Təşkilatı (BMT) 2015-ci ildə həyat səviyyəsinə görə ölkələrin siyahısını hazırlayıb. Siyahıda insanların inkişaf səviyyəsi, əmin-amanlıq və s. kimi amillər nəzərə alınır.

ANS PRESS-in məlumatına görə, Azərbaycan həmin siyahıda 78-ci yerdə qərarlaşıb. Reytinqin hazırlanmasında əsas meyarlar bunlardır: maarif sahəsində əhali üçün yaradılan imkanlar, ölkənin səhiyyə səviyyəsi, əhalinin ictimai təminatlarının ödənilməsi.

Bu ilin reytinqində ilk onluqda olan ölkələr aşağıdakılardır:



Onu da qeyd edək ki, BMT-nin hazırladığı bu siyahıda bəzi ölkələrin tutduqları yerlər gözlənilməzdir. Belə ki, İsrail inkişaf etmiş ölkələr olan Lyuksenburq, Yaponiya, Belçika, Fransa, Avstriya və Finlandiyadan öndədir.

Müstəqil Dövlətlər Birliyindən (MDB) olan ölkələrdən ən yaxşısı kimi Estoniya 30-cu yerdədir.

Siyahıda Rusiya 50, Qazaxıstan 56, Gürcüstan 76, Ukrayna81, Ermənistan85, Çin isə 90-cı yerlərdə yerləşdirilib.

Ərəb dünyasından olan və nefti ilə müvəffəqiyyət qazanan ölkələr də bu siyahıda yer alıblar, Qətər 32, Səudiyyə Ərəbistanı isə 39-cu sıradadırlar.

Dünyanın aşağı səviyyəli ölkələri kimi isə aşağıdakı ölkələr göstərilir:



Siyahını sonda isə Afrika ölkələri Nigeriya, Mərkəzi Afrika Respublikası, Eritreya, Çad və Burundi kimi ölkələr qapayır. Onlar ümumiyyətlə dünyanın yaşam keyfiyyətinə görə ən sonda qalan ölkələridir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367308

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR