Türkiyədə yaşayan azərbaycanlı model Sima Şərafətdinova podiuma çıxacaq.
Axşam.az-ın məlumatına görə, o, “Night out shopping” adlı moda gecəsində podiumu İvana Sərt, Çağla Şikəl, Ece Gürsəllə bölüşəcək.
Dekabrın 18-də və 19-da baş tutacaq tədbir autizm xəstəliyindən əziyyət çəkənlərə həsr olunub.
Sima Tolqa Çamın geyimlərini nümayiş etdirəcək.
Qeyd edək ki, S.Şərafətdinova hazırda "İşte benim stilim all star" yarışmasında iştirak edir.