Salyanın məşhur su qülləsi

Salyanın məşhur su qülləsi
12:48 17 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Salyan, 17 dekabr, Mahir Babayev, AZƏRTAC
Ta qədimdən salyanlılar yalnız səhənglər və at arabaları ilə Kür çayından su daşımaqla içməli suya olan tələbatlarını ödəyirdilər. Əhalini bu çətinlikdən qurtarmaq üçün Salyan Qəza İcraiyyə Komitəsinə sədrlik edən Mirbəşir Qasımovun dövründə yəni, 1924-cü ildə şəhərdə su qülləsinin tikintisinə başlanılıb. Deyilənlərə görə, Kalaşnikov soyadlı rus mühəndisin rəhbərliyi ilə inşa edilən su qülləsinin tikintisi müəyyən vaxtlarda yarımçıq qalsa da, 1929-cu ilədək tikilib istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, 25-30 kilometr məsafədən görünən bu məhşur su qülləsinin hündürlüyü 32, diametri isə 8 metrdir. Su qülləsinin üzərində ümumi tutumu 50 ton olan su çəni də quraşdırılıb.
Bununla yanaşı, Kür çayından nasoslarla vurulan suyu durultmaq üçün qüllənin yaxınlığında su anbarı da tikilib. O illərdə şəhər əhalisinin 30 faizi bu qüllənin hesabına içməli su ilə təmin olunub. Qüllə ötən əsrin 70-ci illərinə kimi fəaliyyət göstərib. Bir əsrə yaxın yaşı olan su qülləsi indi istifadəsiz qalsa da, Salyan üçün rəmzi abidə sayılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR