Lisenziyaların sayının azaldılması ilə bağlı təkliflər Prezident Administrasiyasına verilib

Lisenziyaların sayının azaldılması ilə bağlı təkliflər Prezident Administrasiyasına verilib
13:39 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

 

 

Azərbaycanda sahibkarlıq fəaliyyəti üçün verilən lisenziyaların sayının azaldılması və bəzi fəaliyyət növləri üçün müddətsiz lisenziyaların verilməsi ilə bağlı təkliflər Prezident Administrasiyasına təqdim edilib.

 

“APA-Economics”in məlumatına görə, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Lisenziyalar və icazələr haqqında" qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov deyib.

 

Onun sözlərinə görə, mövcud qanunvericiliyin tələblərinə əsasən, hazırda 59 fəaliyyət növü lisenziyalaşdırılır: "Alt sahələrlə birlikdə lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 107-yə çatır. Prezident Administrasiyasına təqdim olunan təkliflərdə bu lisenziyaların sayının azaldılması nəzərdə tutulub".

 

S. Məmmədov əlavə edib ki, təkliflərdə lisenziya və icazələr üçün ödənişlərin azaldılması da öz əksini tapıb: "Regionlar ilə Bakı arasında differensial yanaşmanın tətbiq olunması ilə də bağlı təkliflər var".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225545

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR