Heydər Əliyev Beynəlxalq Aeroportunda flaşmob keçirilib

Heydər Əliyev Beynəlxalq Aeroportunda flaşmob keçirilib
10:48 18 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
Heydər Əliyev Beynəlxalq Aeroportunda gözlənilməz musiqili flaşmob keçirilib.
“Azərbaycan Hava Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, şəhərin qonaqlarını birinci terminalın gəlmə zalında xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi, ölməz "Arşın mal alan" operettasından uvertüra ifa edən Azərbaycan Dövlət Gənclər Simfonik Orkestri qarşılayıb.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan flaşmob eskalatorla aşağı enən nağara ifaçısının ritmik kompozisiyalar ifa etməsi ilə başlayıb. Nağara ifaçısının ardından, musiqiçilər sürpriz vəd edən musiqi kakofoniyası yaradan müxtəlif melodiyaları eyni zamanda çalaraq terminalın müxtəlif tərəflərindən zalın mərkəzinə toplaşmağa başlayıblar.
Gəlmə tablosunun qarşısında bir kollektivdə toplaşan orkestr ikinci mərtəbədə görünən Teymur Göyçayevin işarəsi ilə Üzeyir Hacıbəylının məşhur əsərini möhtəşəm şəkildə ifa edib və bu da orada olan insanlar tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Qeyd edək ki, bu il Azərbaycanda görkəmli bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi qeyd edilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Heyder_Aliyev_Beynelxalq_Aeroportunda_flasmob_kechirilib-912285

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR