Beynəlxalq Muğam Mərkəzində Azərbaycan və Polşa musiqiçilərinin konserti olub

22:33 18 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
Dekabrın 18-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan və Polşa musiqiçilərinin “Jazz Christmas” adlı konserti olub.
AZƏRTAC xəbər verir ki, konsert Polşanın Müstəqillik Gününə həsr olunmuş tədbirlər çərçivəsində bu ölkənin Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilib.
Qonaqları salamlayan Polşanın Azərbaycandakı səfiri Marek Tsalka bildirib ki, bugünkü konsertdə Polşa və Azərbaycan musiqisinin sintezindən yaranan qeyri-adi əsərlər səslənib.
Proqramda Azərbaycan cazmeni Elçin Şirinov, Polşa musiqiçiləri – Karol Domanski və Mariuş Praşnevski çıxış ediblər. Onlar konserti böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasının musiqisi əsasında kompozisiya ilə açıblar.
Konsertdə xarici ölkələrin səfirləri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri olublar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Beynelxalq_Mugam_Merkezinde_Azerbaycan_ve_Polsa_musiqichilerinin_konserti_olub-912574

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR