"Rusiya ilə Gürcüstan arasında viza rejiminin ləğvi məsələsi..."

"Rusiya ilə Gürcüstan arasında viza rejiminin ləğvi məsələsi..."
23:17 18 Dekabr 2015
130 Digər
Ölkə mətbuatı
A- A+

"Rusiya ilə Gürcüstan arasında viza rejiminin ləğvi məsələsi rəsmi Moskvadan asılıdır".

Milli.Az APA-ya istinadən bildirir ki, bu sözləri Gürcüstanın Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə Dövlət naziri David Bakradze APA-nın suallarını cavablandırarkən bildirib.
 
"Hazırda Rusiya ilə Gürcüstan arasında viza rejiminin ləğvi rəsmi Moskvadan asılıdır. Əgər onlar istəyirlərsə, bu ola bilər", dövlət naziri bildirib.
 
D. Bakradze Gürcüstan ilə AB arasında viza rejiminin sadələşdirilməsinə da münasibət bildirib: "Avropa Komissiyası Gürcüstan dövlətinin həyata keçirdiyi islahatları bəyənir. Vətəndaşlarımızın biometrik pasportlarının olması viza rejimini həyata keçirmək üçün kifayətdir. Bu viza sisteminin müsbət həllinə kömək edəcək. Gürcüstan hökuməti viza haqqında sənəd qəbul etdikdən sonra onu Avropa Parlamentinə və Avropa Şurasına göndərəcək. Bundan sonra siyasi qərar qəbul ediləcək. Düşünürük ki, bu, 6 ayadək çəkəcək və bütün Gürcüstan vətəndaşları Şengen ölkələrinə vizasız gedib-gələcək".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR