Məşhur sənətçi vəfat etdi

Məşhur sənətçi vəfat etdi
13:17 20 Dekabr 2015
63 Digər
Ölkə mətbuatı
A- A+

Məşhur alman dirijor Kurt Mazur dekabrın 19-da 88 yaşında dünyasını dəyişib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Mazurun 1991-2002-ci illərdə baş dirijoru olduğu Nyu-York Filarmoniyasının orkestrı məlumat yayıb. Onun hansı şəraitdə və nədən öldüyü bildirilmir. Məlumdur ki, musiqiçi uzun müddət Parkinson xəstəliyindən əziyyət çəkib.

Mazur dünyanın ən görkəmli dirijorlarından biridir.

Kurt Mazur 2002-ci ildən Fransa milli orkestrinə rəhbərlik edib. O, həmin müddətdə həm də London Filarmoniya orkestrində baş dirijor olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/391692.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR