İon Prisekaru: Azərbaycanın vergi təcrübəsi böyük maraq doğurur

İon Prisekaru: Azərbaycanın vergi təcrübəsi böyük maraq doğurur
05:13 21 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, Ramiz Quliyev, AZƏRTAC 
Azərbaycanda vergi yoxlamalarının keçirilməsinə yanaşma üsulları böyük marağıma səbəb oldu. Burada əsas məsələ vergilərin ödəyicilər tərəfindən öz təşəbbüsləri ilə könüllü olaraq ödənilməsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Moldovanın Maliyyə Nazirliyi yanında Baş Dövlət Vergi Müfəttişliyinin rəhbəri İon Prisekaru “Vergilər” qəzetinə müsahibəsində bildirib.
Qeyd olunub ki, Azərbaycanın vergi ödəyiciləri həm öz hüquqları, həm də vergi qanunvericiliyinin əsas müddəaları barədə ardıcıl məlumatlandırılırlar. Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti vergi ödəyicilərini qanun pozuntularından və cinayət məsuliyyətindən çəkindirmə istiqamətində əməli işlər aparır, onları nizam-intizama dəvət edir və vergilərin könüllü ödənilməsinə imkan yaradır.
Vergi mütəxəssisinin fikrincə, nazirliyin vergi ödəyicilərinə göstərdiyi yüksək xidmətlər kimi, öz əməkdaşlarına qarşı münasibətdə tələbkarlıq da təqdirəlayiqdir. İşçilər üçün düzgün, əlverişli əmək şəraitinin yaradılması, onların ixtisasının artırılmasına diqqət yönəldilməsi son nəticədə vergi daxilolmalarının səmərəliliyinin artırılmasına zəmanət verə bilər.
“Vergilər Nazirliyinin tətbiq etdiyi üsullar vergi pozuntularının qarşısını almağa imkan verir ki, bu da çox vacib amildir. Çünki vergi sahəsində qanun pozuntularının qarşısının alınması dövlət büdcəsinə vəsaitlərin vaxtında daxil olması deməkdir. Bu sahədə idarəetmə mexanizmi bizim üçün çox maraqlıdır”,- deyə İon Prisekaru vurğulayıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ion_Prisekaru_Azerbaycanin_vergi_tecrubesi_boyuk_maraq_dogurur-912832

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR