Sabah Azərbaycanın rayonlarında 15 dərəcə isti olacaq

Sabah Azərbaycanın rayonlarında 15 dərəcə isti olacaq
12:17 21 Dekabr 2015
21 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 21 dekabr. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, dekabrın 22-də Bakı və Abşeron yarımadasının bəzi yerlərində zəif duman olacaq. Gündüz mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 9-13 dərəcə, Bakıda 2-4, gündüz 10-12 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR