Bu siyahıya 4 fəaliyyət növü - Özəl mühafizə fəaliyyəti, İnformasiya mühafizə vasitələrinin layihələndirilməsi və istehsalı sahəsində fəaliyyət, Biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi, Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmət göstərilməsi daxildir.
Biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi və Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmət göstərilməsi üçün lisenziyaları Rabitə və Yüksək Texnologiyalar Nazirliyi verir.
Qeyd edək ki, hər iki fəaliyyət növü üçün lisenziya verilməsinə görə, ayrı-ayrılıqda 1100 manat dövlət rüsumu məbləği müəyyən olunub.
CAHANGİR