Avropada sığınacaq axtaran şəxslərin sayı 1 milyonu keçib

Avropada sığınacaq axtaran şəxslərin sayı 1 milyonu keçib
15:38 22 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, Nihad Budaqov, AZƏRTAC 
Bu il Avropada sığınacaq axtaran şəxslərin sayı 1 milyonu keçib.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) məlumat yayıb. Məlumatda bildirilir ki, bu vaxtadək 816 min 752 miqrant Egey dənizi vasitəsi ilə Yunanıstana, 150 mindən çox miqrant isə Aralıq dənizini keçməklə İtaliyaya gedib. Quru yol vasitəsi ilə Türkiyədən Yunanıstana 4 min 256, Bolqarıstana isə 29 min 956 qaçqın keçib.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR