Dostunu qətlə yetirən şəxsə 12 il 6 ay HƏBS CƏZASI

Dostunu qətlə yetirən şəxsə 12 il 6 ay HƏBS CƏZASI
16:59 22 Dekabr 2015
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Xəyal Şabanzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə  X. Şabanzadə 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, bu il iyulun 26-da Hövsan qəsəbəsində Ağayev Əyyar Qubad oğlu kəsilmiş-deşilmiş xəsarətlərlə 3 saylı şəhər xəstəxanasına gətirilib.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə. Ağayevi bıçaqla qətlə yetirib hadisə yerini tərk etmiş şəxsin Əyyar Ağayevin dostu Xəyal Şabanzadə olduğu müəyyən edilib. O, saxlanaraq istintaqa təhvil verilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR