Verilişdə həmin oyunun iştirakçıları, o cümlədən, qapıçı Qordon Benks və "het-trik" müəllifi Ceffri Herstlə müsahibə təqdim olunacaq. Bundan başqa müasir texnologiyalardan istifadə etməklə, müəlliflər "Üçüncü qolda top qapını keçmişdimi?" sualına birmənalı cavab tapmağı vəd edirlər. Veriliş 2016-cı il yanvarın 4-də efirə gedəcək.
Qeyd edək ki, əldə olan videotəkrarlardan heç biri hakimin qərarının düzgünlüyü barədə mühakimə yürütməyə imkan vermir. Həmin qarşılaşmanın baş hakimi Qotfrid Dinst azərbaycanlı laynsman Tofiq Bəhramovla məsləhətləşdikdən sonra əminliklə mərkəzi göstərib. Görüş İngiltərə millisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.