Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının yeni inzibati binasının açılışı olub

15:53 24 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
Dekabrın 24-də Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının yeni inzibati binasının açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, binanın rəmzi açılışını bildirən lent kəsildikdən sonra tədbir iştirakçıları foyedə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.
Bina ilə tanışlıqdan sonra YAP-ın fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.
Açılış mərasimində Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib ki, YAP Yasamal rayon təşkilatının yeni inzibati binasının Prezident İlham Əliyevin doğum günündə istifadəyə verilməsi rəmzi xarakter daşıyır. YAP Yasamal rayon təşkilatının daha səmərəli fəaliyyəti üçün binada hər cür şərait yaradılıb.
Tədbirdə məlumat verilib ki, binanın birinci mərtəbəsində Heydər Əliyev guşəsi yerləşir. Binada təlimatçı, gənclər, arxiv otaqları, texniki və digər otaqlar, böyük və kiçik konfrans zalları fəaliyyət göstərir. Otaqlar və zallar zəruri avadanlıqla təchiz olunub.
Açılış mərasimində YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvləri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, müavini Bahar Muradova, komitə sədri Eldar İbrahimov və başqaları iştirak ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yeni_Azerbaycan_Partiyasi_Yasamal_rayon_teskilatinin_yeni_inzibati_binasinin_achilisi_olub-914002

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR