2014-cü ildə anasını itirən, sevinən, ağlayan şou əhli - SORĞU

2014-cü ildə anasını itirən, sevinən, ağlayan şou əhli - SORĞU
14:14 30 Dekabr 2014
259 Şou
Ölkə mətbuatı
A- A+

 

Ötən ili geridə qoymağa hazırlaşan sənət əhli yeni ilə yeni arzularla qədəm qoymağa hazırlaşır. 2014-cü il kiminin həyatında gərgin, kimi üçün adi, bəziləri üçün sevincli keçdi. 2014-cü ilin bitməsinə 1 gün qalmış bir neçə şou-biznes əhli təəssüratlarını Lent.az-la bölüşüblər.
 

Müğənni İradə İbrahimova:

 

“Bildiyiniz kimi artıq Bakıdayam, qızımla birlikdə gəldim. Həyat yoldaşım bayramda yanımızda olacaq. 2014-cü il mənim üçün gərgin il oldu. Çalışdım, amma bəhrəsinin ilin sonuna doğru görməyə başladım. Əziyyətim çox oldu. 2015-də məni sevənlərə, yolumu gözləyənlərə vədlərim çoxdur. Artıq dayanmayacam, “Seneler” klipinin ardınca “Olmamalıydı” klipim təqdim ediləcək. Bayramı evdə keçirməyi düşünmüşük. Əzizlərimə hədiyyələrim olacaq. Amma qızım İpək hədiyyəsini öncədən alıb. Hamı onu istədiyi oyuncaqlarla təbrik edib”.  
 

 

Müğənni Nadir Qafarzadə:

 

“Bu il mənim üçün çox uğurlu oldu. Mahnılar yazdırıb, konsert verdim. Azərbaycanda ilkə imza atdım. Belə ki, “Yaşıl teatr”da yalnız xanımıma “Həyatımsan ömrüm qədər” adlı konsert həsr elədim. Bu konsert çox müzakirələrə səbəb oldu. Belə də olmalı idi, çünki  Azərbaycanda ilk dəfə həyata keçirilirdi. Bundan əlavə bir valideyn kimi böyük oğlumun təhsilində uğurunu gördüm. Övladlarımın xoş sədasını eşitmək bir ata olaraq məni sevindirir. İnşallah, 2015-ci ildə sürpriz bir layihə təqdim etməyə hazırlaşıram. Öncədən deyim ki, müzakirələrə səbəb olacaq”.

 

Müğənni Niyam Səlami:

 

“Ömrümüzə yazılan hər il gözəldir. Amma ilin sonunda istər-istəməz özümüzdə sual yaranır ki, “Mən bu il nə etdim?”, “Nə qazandım?” Düşünürəm ki, mən bu il bir çox işlər gördüm. Demək olar ki, hər ay dinləyicilərə bir yeni mahnı təqdim etdim. Həmin mahnılarda dinləyicilərin zövqünə oxşaya bildi. Amma 2014-də gözlənilməz addımlar da atdım. Bu il yeni bir layihə hazırladım və bu işin bəhrəsini inşallah, 2015-də görəcəyəm. İlin sonuncu günlərində isə Mədəniyyət Nazirliyi tərəfindən mükafatla təltif olundum. Düşünürəm ki, uğurlu bir ili geridə qoydum”.

 

 

Rəqqasə Fatimə Fətəliyeva:

 

“2014-cü il mənim üçün çox uğurlu oldu. Hindistanda keçirilən “Udbhav international Dance Carnival” rəqs müsabiqəsinin qalibi oldum. Dünyanın müxtəlif xalqlarının iştirak etdiyi yarışmada 1-ci yerə layiq görülmək, Azərbaycanın bayrağını yüksəklərə qaldırmaq mənim üçün qürurvericidir. Məhz həmin qalibiyyətdən sonra Türkiyədə keçirilən festivala qatılaraq, oradan da yaxşı nəticə ilə Azərbaycana qayıtdım. Bu il biznesimi də böyütdüm. Rəqs məktəbi, xınayaxdı mərasimlərinin təşkili biznesim var idi, gözəllik salonu da açdım. Düşünürəm ki, 2015-ci il daha yaxşı olacaq”.

 

 

 

 

 

 

Müğənni Ayan Babakişiyeva:

 

“Bu il mənim üçün çox gözəl keçdi. Ən əsası, ana oldum, Selenam dünyaya gəldi, analıq hissini yaşadım və çox xoşbəxtəm. “Miss Azərbaycan-2014” gözəllik yarışmasında ilk dəfə münsif kürsüsündə oturdum. İşıq üzü görən mahnılarım sevildi. Mustafa Kamal Atatürkün sevimli mahnısı “Atabarı” ifa etdim. Musiqisi Elçin İmanova, sözləri Zemfira Əlişqızına məxsus olan “Qorxuram gecələrdən”, Xanım İsmayılqızının yazdığı “Sevirəm”, Tural Bayraməliyevin “Səndən sonra” mahnılarını təqdim etdim. 2015-ci il həm özəl, həm də yaradıcılıq həyatımda uğur qazanacağıma inanıram”.

Müğənni Vüsalə Rəcova:

 

“2014-cü ili şəxsi həyatımda və yaradıcılığımda ən uğurlu il hesab edirəm. Uzun illərdi sənətdəyəm. Amma ən gözəl işlərim və bu ilin payına düşdü, dinləyicilər tərəfindən sevildim və qəbul olundum. İlin sonuna doğru iki klipim, mahnılarım təqdim edildi. Hazırda İstanbuldayam, ailə üzvlərimlə gəlmişəm. Bayramı burda qeyd edəcəm. Maraqlı bayram axşamı düşünmüşük. Hədiyyələr də gözləyirəm. Amma sürpriz olsun deyə, mahiyyətin açıqlamırlar”.


Müğənni Humay Qədimova:

 

“2014-cü il mənim üçün elə ürəkaçan il olmadı. Anamı itirdim. Hələ də o itkinin təsiri altındayam. Yaradıcılığımda isə uğurlarım çox oldu. Əsas solo konsertimi vurğulamaq istəyirəm. Daha sonra klip, səyahətlərim və s. 2015-dən çox şeylər gözləyirəm. Ailəmdə və sənətimdə firavanlıq və uğurlarımın davamın gözləyirəm”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189145

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR