"Fənərbağça" Meyreleşi göndərir

"Fənərbağça" Meyreleşi göndərir
18:47 24 Dekabr 2015
24 İdman
Ölkə mətbuatı
A- A+

"Fənərbağça" portuqaliyalı futbolçusu Raul Meyreleşlə yollarını ayırır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, zədələnərək dizindən əməliyyat olunan futbolçu mövsümün sonuna kimi oynamayacaq. İş ondadır ki, Meyreleşin müqaviləsi də klubla 2016-cı ilin iyulunda bitəcək.
Türkiyə mətbuatının yazdığına görə, Meyreleşə alacaqları qarşılığında azad agent statusu veriləcək. Onun da bu təklifə müsbət yanaşdığı bildirilir.

Çünki Raul kayrerasının ABŞ liqası olan MLS-də davam etdirmək istəyir.
"Fənərbağça" Raul Meyreleşi 2012-13-cü illər mövsümünün əvvəlində "Çelsi"dən 10 milyon avro qarşılığında almışdı. 4 illik müqavilə imzalanan portuqaliyalı futbolçu ilk ili üçün 3 milyon avro və oyun başı 10 min avro, sonrakı iki mövsüm üçün 2.5 milyon və hər oyuna görə 10 min avro qazanmışdı. Üçüncü mövsümündə isə illik 2 milyon və matça görə 10 min avro əldə etmişdi. Üçüncü mövsümündə isə 2 milyon avro və və hər qarşılaşma üçün 10 min avro qazanırdı.
Hazırda "Fənərbağça"nin Meyreleşə 1.5 milyon borcu var. Onun meydana çıxdığı qarşılaşmalara görə klubdan aldığı isə düz 990 min avrodur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/392777.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR