Fizika Problemləri İnstitutunun 10 illik yubileyi qeyd olunub

Fizika Problemləri İnstitutunun 10 illik yubileyi qeyd olunub
16:03 25 Dekabr 2015
11 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun yaranmasının 10-cu ildönümünə həsr olunmuş “Fizikanın Müasir Problemləri” adlı 9-cu beynəlxalq elmi konfrans öz işinə başlayıb.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, BDU-nun rektoru, akademik Abel Məhərrəmov konfransın əhəmiyyətini qeyd edərək bildirib ki, konfrans elmin müxtəlif sahələrində aparılan tədqiqatların səmərəliliyinin artmasına töhfə verəcək. Qeyd olunub ki, konfransa Türkiyə, Rusiya, ABŞ, Yaponiya, Almaniya, İsveçrə, Pakistan, Monteneqro, Makedoniya və Polşanın aparıcı elmi müəssisələri və ali məktəblərindən 30-dək elmi məqalə göndərilib. Konfransın müxtəlif bölmələrində ümumilikdə 184 məruzə dinləniləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fizika_Problemleri_Institutunun_10_illik_yubileyi_qeyd_olunub-914372

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR