Milli Məclis dünya azərbaycanlılarına müraciət edib

14:27 30 Dekabr 2014
50 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 14:22 ]

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciət edib. APA-nın məlumatına görə, müraciət parlamentin bu gün keçirilən iclasında sədr müavini Bahar Muradova oxuyub.

Müraciətdə qarşıdan gələn bayramlarla əlaqədar dünya azərbaycanlıları təbrik edilir. Bildirilir ki, Azərbaycanın regionda və dünyada artan gücü dünya azərbaycanlıların daha da həmrəy olmasında əsas faktordur: “Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasət bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və güclü Azərbaycan dövləti daim dünyadakı azərbaycanlıların yanındadır”.

 

Müraciət səsə qoyularaq qəbul olunub.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367748

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR