“AtaTravel” MMC ilə birlikdə “Dubay Şopinq Festival 2016”-ya

“AtaTravel” MMC ilə birlikdə “Dubay Şopinq Festival 2016”-ya
18:03 25 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“AtaTravel” MMC yanvarın 1-dən fevralın 1-dək xüsusi təklifdən yararlanaraq “Dubay Şopinq Festival - 2016”-da iştirak etməyi təklif edir. “AtaTravel” MMC-nin təklif etdiyi turdan yararlanmaq arzusunda olanlar dünya ticarət nişanları və brendləri aləminə baş vurmaq və faydalı alış-veriş etmək imkanı əldə edəcəklər.

Turun qiymətinə 3 ulduzlu “Dream Palace”-də, 4 ulduzlu “First Central Hotel Suites-də, Grand Midwest Express Hotel Deluxe-da otellərində qalmaq, FlyDubay aviaşirkəti tərəfindən Bakı-Dubay-Bakı aviauçuşu, transfer və səhər yeməyi daxildir.

“AtaTravel” MMC-nin baş direktoru Vüsal Əliyev qeyd etdi ki, “Dubayda Şopinq Festival – sadəcə minlərlə brend olan ticarət festivalı deyil. Sizi 6000-dən çox şirkətin mallarına endirimlər, parlaq təəssüratlar və əyləncələr ümmanı – müsabiqələr, konsertlər, müzikllər, şoular, idman tədbirləri, moda nümayişləri gözləyir”.
Festival ənənəvi olaraq eyni vaxtda keçirilir, bu dövrdə Birləşmiş Ərəb Əmirliklərinin ən iri şəhərində hava şəraiti daha mülayim və rahatdır. Dubayda ilk Şopinq festivalı 1996-cı ildə keçirilmişdir.

Festivalın keçirildiyi müddətdə bir endirim ayı ərzində şəhərə 35 milyon qonaq gəlmişdi. Və bu da təəccüblü deyil, çünki bəzi malların qiymətləri bu vaxt tam 75% endirilir! Ənənəvi sənaye malları ilə yanaşı, Şopinq festivalı zamanı Dubayda həmişə qabaqcıl dünya istehsalçılarından yeniliklər, əl işi kolleksiyalarından olan interyer predmetləri, zərif zərgərlik məmulatları görmək olar. Festival zamanı şəhərdə maraqlı konsertlər və tamaşalar nümayiş etdirilir və Dubayın küçələrində şou-biznes və idman ulduzlarına rast gəlmək olur. Daha geniş məlumat almaq üçün “AtaTravel” MMC-yə (994 12) 493-05-01 nömrəli telefona zəng vurun.

"AtaTravel" MMC turizm agentliyi 2011-ci ildə təsis edilib və "AtaHolding" ASC-nin törəmə şirkətlərindən biridir. "AtaTravel" turizm agentliyi dünyanın istənilən nöqtəsinə səfərlər üzrə çoxsaylı xidmətlər təklif edir. Şirkət müştərilərə otellər, transferlər, aviabiletlərin, turların əvvəlcədən bronlaşdırılması, sığorta, viza xidmətləri, VIP-zal xidmətlərinin təmin edilməsi, avtomobillərin icarəsi, sağlamlaşdırıcı turizm və müxtəlif istirahət növləri üzrə xidmətlər göstərir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2474316.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR