"28 May"dan aeroporta gedən marşrutların qiymətinin yuxarı həddi açıqlandı

"28 May"dan aeroporta gedən marşrutların qiymətinin yuxarı həddi açıqlandı
19:14 25 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

 

Şuradan APA-ya verilən xəbərə görə, iclasda “28 May” metro stansiyası - Heydər Əliyev Beynəlxalq Aeroportu marşrutu üzrə ekspress avtobuslarda sərnişindaşıma xidmətinin tarifinin yuxarı həddi 1,30 manat müəyyən olunub.

 

Eyni zamanda, hava nəqliyyatı ilə Gəncə-Naxçıvan reysi üzrə isə sərnişindaşıma xidmətinin tarifinin yuxarı həddi isə 49 manat səviyyəsində təsdiq edilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226620

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR